\
29 Mart 2024 - Cümə

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz”

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz”
1408baxış

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.

Mediapress.az bildirir ki, paylaşımda deyilir:

"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".