\
27 Aprel 2024 - Şənbə

"613 məsum mülki insanın qətl edildiyi ürəyimizi yandıran o "Qara gecə"ni unutmadıq" - Hüseyn Altınalan

"613 məsum mülki insanın qətl edildiyi ürəyimizi yandıran o "Qara gecə"ni unutmadıq" - Hüseyn Altınalan
1352baxış

Mediapress.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan da Xocalı Soyqırımı ilə bağlı başsağlığı verib:  

"26 fevral 1992-ci ildə 613 məsum mülki insanın qətl edildiyi ürəyimizi yandıran o "Qara gecə"ni unutmadıq. Hafizəmizi diri tutaraq, bu vəhşəti qətiyyən unutmayacaq, canilərin hesab verəcəyi günə qədər mücadiləmizi davam etdirəcəyik. Gözü dönmüş erməni terror təşkilatları tərəfindən 29 il öncə qətl edilən qardaşlarımıza Allahdan rəhmət diləyirəm".