\
18 Aprel 2021 - Bazar günü

Erkan Özoral: "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"

Erkan Özoral: "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"
1128baxış

“Xocalıda ermənilər tərəfindən soyqırım qurbanı olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”.

Bunu “Report”a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

“Yenidən birləşərək dünyaya “Xocalıya ədalət” sözlərini ünvanlayırıq. Xocalı soyqırımı insanlığa qarşı cinayətdir. Bu cinayəti törədənlər də cəzalarına çatmalıdır. Bu gün Azərbaycanın öz torpaqlarını azad etməsindən xoşbəxtik. İnşallah Xocalıdan, başqa işğal olunmuş bölgələrdən didərgin salınmış azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmalarını da görəcəyik. Həmin insanların həyatı öz məcrasına düşəndə Xocalı şəhidlərinin də ruhları rahatlıq tapar”, – diplomat vurğulayıb.