\
20 Aprel 2024 - Şənbə

Millət vəkili hərbçilərin maaşı ilə bağlı fikirlərin ona aid olmadığını yazdı - "Hansısa şərəfsiz mənim adımdan paylaşıb"

Millət vəkili hərbçilərin maaşı ilə bağlı fikirlərin ona aid olmadığını yazdı - "Hansısa şərəfsiz mənim adımdan paylaşıb"
1638baxış

Millət vəkili Etibar Əliyev hərbçilərin ikiqat maaş almasına qarşı olması ilə bağlı yazılan fikirlərin ona aid olmadığını deyib

Mediapress.az xəbər verir ki, deputat sosial şəbəkələrdə onun adından paylaşılan məlumatın yalnış olduğunu vurğulayıb"

"Hansısa şərəfsiz və alçaq mənim adımdan belə bir status paylaşıb. Guya mən bunları demişəm: "Hərbçilərin ikiqat maaş almasına qarşıyam. Buna ehtiyac yoxdur. Aldılar, bəsləridir. Hazırda Qarabağ döyüş bölgəsi deyil."

Bunları mənim adımdan yayan şərəfsiz və alcaqlara üzümü tutub deyirəm. Bu cümlələrin birini mənim səsimlə paylaşsanız, yaxud bu ifadələri hansısa yazımda tapıb göstərsəniz, Xalqım qarşısında üzr istəməyə hazıram. Bunu paylaşan şərəfsiz və alçaqlar qandıra bildim sizləri!"