\
26 Aprel 2024 - Cümə

Prezident: "Türkiyədən ən müasir silahların Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib"

Prezident: "Türkiyədən ən müasir silahların Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib"
1360baxış

“Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Artıq sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu bizə böyük üstünlük verib”.

Mediapress.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Müharibədən sonra da bu təmaslar davam edib. Onu bildirməliyəm ki, yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib, yeni müqavilələr imzalanıb və bu bizim hərbi gücümüzü artıracaq”, - dövlət başçısı söyləyib.