\
29 Mart 2024 - Cümə

Akar: “Türkiyə S-400 məsələsində suverenlik hüququndan istifadə edib”

Akar: “Türkiyə S-400 məsələsində suverenlik hüququndan istifadə edib”
1377baxış

Türkiyə S-400 məsələsində suverenlik hüququndan istifadə edib”.



APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyənin son 10 ildə “Patriot” almağa imkanı olduğu halda, S-400-ə üstünlük verməsinə dair iddialar əsassızdır.

Nazirin sözlərinə görə, ABŞ və Fransadan hava hücumundan müdafiə sistemləri almaq istəsələr də, bu mümkün olmayıb: “10 il boyunca ABŞ-a verdiyimiz müxtəlif təkliflərə, müraciətlərə hələ də cavab almamışıq. NATO müttəfiqi bəzi ölkələrdə rus istehsalı havadan müdafiə sistemi necə istifadə olunursa, biz də S-400-ü eyni şəkildə istifadə edə bilərik”.

H. Akar qeyd edib ki, bu məsələ NATO-nun da olacağı ortaq işçi qrupu ilə birgə əməkdaşlıq nəticəsində həll edilə bilər: “Biz görüşməyə hazırıq. S-400-ə görə F-35 də daxil olmaqla, bir sıra sanksiyaların tətbiqi müttəfiqlik ruhuna uyğun deyil. Yaddan çıxarmaq olmaz ki, Türkiyə NATO-nun da, ABŞ-ın da ən güclü müttəfiqdir”.