\
29 Mart 2024 - Cümə

Prezident Sarkisyan ermənilərə müraciət etdi

Prezident Sarkisyan ermənilərə müraciət etdi
1341baxış

Ermənistan prezidenti Armen Sarkisyan 1 mart 2008-ci il hadisələrinin növbəti ildönümü münasibətilə həmyerlilərinə müraciətində siyasi qüvvələri zərbələrdən və qeyri-sabitlikdən çəkindirməyə çağırıb.

"Siyasi mübarizə qanuni çərçivədən kənara çıxmamalı, sarsıntılara və qeyri-sabitliyə yol verməməli, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, xüsusilə qarşıdurma və bölünməyə çevrilməməlidir", - RİA Novosti Ermənistan prezidentinin müraciətindən sitat gətirib.

Sarkisyanın sözlərinə görə, ölkənin birliyə və həmrəyliyə ehtiyacı var: "Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət daşıyır".

Bu gün Yerevanda iki mitinq planlaşdırılır. Müxalifət Baqramyan prospektində parlament binası qarşısında yerli vaxtla 18:00-da, Paşinyanın tərəfdarları - 18:30-da Respublika meydanında toplaşacaqlar.

Xatırladaq ki, 1 mart 2008-ci ildə Ermənistandakı müxalifət nümayişlərinin dağıdılması zamanı 10 nəfər ölmüşdü.