\
26 Aprel 2024 - Cümə

Gürcüstanda müxalifət etiraz aksiyası keçirir

Gürcüstanda müxalifət etiraz aksiyası keçirir
1379baxış

Gürcüstanın müxalifət liderləri və tərəfdarları ölkə parlamentinin binası ətrafında piket keçirirlər.

“Report” xəbər verir ki, qanunverici orqanın bütün girişlərində polis qüvvələri səfərbər olunub.

Dinc aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunur.

Bir az əvvəl Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib. Belə ki, avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.

İnsident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar.

Onu da qeyd edək ki, müxalifət martın 5-nə hökumət binasının qarşısında da analoji piket təyin edib.