\
20 Aprel 2024 - Şənbə

İki qardaş ölkə arasındakı vacib sənəd öz təsdiqini tapdı

İki qardaş ölkə arasındakı vacib sənəd öz təsdiqini tapdı
1356baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

 
Mediapress.az xəbər verir ki, imzalanan qərara əsasən, bununla da Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Bu sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.
 
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.