\
29 Mart 2024 - Cümə

Qırğızıstan Prezidentinin “Facebook” hesabını sındırdılar

Qırğızıstan Prezidentinin “Facebook” hesabını sındırdılar
1452baxış

Naməlum şəxslər Qırğızıstan Prezidenti Sadr Japarovun “Facebook” səhifəsini ələ keçirərək onun adından bir sıra şərhlər paylaşıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Qalina Bayterek məlumat verib.

"Prezident Sadr Japarovun “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Onlar müxtəlif səhifələrin altından bu səhifədən istifadə edərək şərhlər yazıblar. Dövlət başçısının “Facebook”dan göndərilən son şərhlərlə heç bir əlaqəsi yoxdur", - mətbuat katibi əlavə edib.

O deyib ki, Japarov cəmiyyətdə səsləndirilən bütün fikirlərə, o cümlədən tənqidi fikirlərə hörmətlə yanaşır, buna görə heç vaxt bu cür açıqlamalar verməz.

Qalina Bayterek konkret hansı açıqlamalardan söhbət getdiyini söyləməyib.