\
24 Aprel 2024 - Çərşənbə

Nizami rayonunda ev yandı - Ölən var

Nizami rayonunda ev yandı - Ölən var
1422baxış
Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Bu barədə Mediapress.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
 
İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əlavə məlumat veriləcək.