\
20 Aprel 2024 - Şənbə

İranda sutka ərzində 8,4 min yeni yoluxma, 78 nəfər ölüb

İranda sutka ərzində 8,4 min yeni yoluxma, 78 nəfər ölüb
1452baxış

İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 60 431 nəfərə çatıb. İranda Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 404 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 665 103 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 760 nəfərin vəziyyəti ağır qiymətləndirilir.