\
26 Aprel 2024 - Cümə

Türkiyədə Xocalı qurbanlarına həsr olunan sərgi açıldı

Türkiyədə Xocalı qurbanlarına həsr olunan sərgi açıldı
1451baxış
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Türkiyədə Xocalı qurbanlarına aid foto-sərgi açılıb.
 
Mediapress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında qeyd edib.
 
“Sözügedən sərgini 6 mart 2021-ci il tarixinədək ziyarət etmək olar. Xocalıda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik”, - açıqlamada bildirilib.