\
8 May 2024 - Çərşənbə

“2 min hərbçinin cəsədinin DNT müayinəsi aparılıb”

“2 min hərbçinin cəsədinin DNT müayinəsi aparılıb”
1397baxış

Ermənistanda Qarabağ döyüşlərində ölən əsgərlərin cəsədlərinin və qalıqlarının DNT analizi ilə tanınması üçün iki min prosedur həyata keçirilib.

Bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib. Onun sözlərinə görə, müayinədən keçmək üçün az sayda hərbi qulluqçunun nümunələri qalıb. Erməni nazir analizlərlə bağlı bir sıra şikayətlər alqıdlarını, onların araşdırıldığını bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi daha əvvəl ötən ilin 27 sentyabrından 13 fevral 2021-ci il tarixinə qədər 3577 cəsədin müayindən keçdiyini açıqlayıb.