\
25 Aprel 2024 - Cümə axşamı

Kürdə batan azyaşlının meyiti tapıldı

Kürdə batan azyaşlının meyiti tapıldı
1359baxış

Kürdə batan azyaşlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 9 aprel 2021-ci il tarixdə Nazirliyin qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, 9 aprel tarixində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlu Kürdə batmışdı. 10 aprel tarixində isə Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayından çıxarılaraq ailəsinə təhvil verilmişdi.