\
20 Aprel 2024 - Şənbə

Bakıda özünü dənizə atan şəxs xilas edilib

Bakıda özünü dənizə atan şəxs xilas edilib
1363baxış

Bakıda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Mediapress.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.