\
27 Aprel 2024 - Şənbə

Tbilisi meri sağlamlıq durumunu açıqlayıb

Tbilisi meri sağlamlıq durumunu açıqlayıb
1445baxış

Xaricdə tibbi müayinə keçən Tbilisi meri Kaxa Kaladze özünü yaxşı hiss edir.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, o, bu barədə feysbuk səhifəsi vasitəsilə etdiyi canlı yayımda məlumat verib.

Mer əlavə tibbi yoxlamalardan keçdiyini deyib: “Şadam ki, bütün nəticələr yaxşıdır. Gələn bazar ertəsindən adi iş rejimimə dönəcəyəm və paytaxtın bütün vacib layihələri ilə birgə məşğul olacağıq”.

Xatırladaq ki, 43 yaşlı K.Kaladzeyə Tbilisidə işemik genezli koxlear-vestibulyar disfunksiya diaqnozu qoyulub. O, xəstəxanadan evə buraxılandan sonra aprelin 6-da tibbi müayinə üçün xaricə gedib.