\
27 Aprel 2024 - Şənbə

ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanıldı

ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanıldı
1325baxış

Floridada yerli sakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi öldürmək təhdidinə görə saxlanılıb.  39 yaşlı tibb bacısı, afroamerikalı Nivian Peti Felps həbsxanada olan əri üçün bir neçə video hazırlayıb. O, videolarda siyasətçini öldürməklə hədələyib, hətta sui-qəsd planının tarixini də açıqlayıb.

Felps həmçinin Harrisin afroamerikalı oması barədə şübhəsini ifadə edib.

Məhkəmə prosesində hakim 3 uşaq anası olan Felpsi cəmiyyət üçün təhlükəli hesab edib və onun istintaq altında olduğu müddətdə həbsi barədə qərar çıxarıb. Müqəssiri təqsirini etiraf edəcəyi təqdirdə beş illik həbs cəzası gözləyir.