\
29 Mart 2024 - Cümə

Kamran Əliyev tibb müəssisələrindəki qanunsuzluqlardan danışdı

Kamran Əliyev tibb müəssisələrindəki qanunsuzluqlardan danışdı
1453baxış

"Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir".

Mediapress.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək: "Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".