\
19 Aprel 2024 - Cümə

İlham Əliyev: "Azərbaycan ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı nadir məkanlardandır"

İlham Əliyev: "Azərbaycan ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı nadir məkanlardandır"
1498baxış

"Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır".

Mediapress.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik mətnində əksini tapıb.

"Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir", - mətndə vurğulanıb.