\
19 Aprel 2024 - Cümə

Həsən Ruhani İranın yeni prezidentini təbrik edib

Həsən Ruhani İranın yeni prezidentini təbrik edib
1447baxış

İran prezidenti Həsən Ruhani məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Mediapress.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

"Ruhani Rəisinin ofisinə gedərək onu təbrik edib", - məlumatda deyilir.

Bundan başqa, iki siyasətçinin birgə şəkli də dərc olunub.

Seçkilərdə ümumilikdə 28,6 milyon seçici iştirak edib. Seçkinin ilk nəticələrinə əsasən, Rəisi 17,8 milyon seçicinin səsini qazanaraq qalib gəlib. Rəisinin əsas rəqibi hesab olunan Məsləhət Şurasının katibi Möhsün Rzayiyə isə 3 milyon 300 min vətəndaş səs verib.