\
28 Sentyabr 2021 - Çərşənbə axşamı

Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi dəyişib

Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi dəyişib
1256baxış

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Mediapress.az"ın məlumatına görə, sərəncama əsasən, “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi.”.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası üzrə tərkibinə edilmiş dəyişikliklər barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.