\
29 Mart 2024 - Cümə

Britaniyada yeni ştamm aşkar olundu

Britaniyada yeni ştamm aşkar olundu
1476baxış

İngiltərənin İctimai Səhiyyə Agentliyinin həkimləri Britaniya vətəndaşları arasında koronavirusun yeni ştammını aşkar ediblər.

“Qafqazinfo” “Mirror” nəşrinə istinadən xəbər verir ki, hazırda ölkədə B.1.621 mutasiyasına 16 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, onların əksəriyyəti xaricə səfər edənlərlə bağlıdır. Hazırda agentliyin həkimləri araşdırmalarını davam edir.

Bu yeni ştammın koronavirusa qarşı vaksinlərin effektivliyini azaltması ilə bağlı hələ ki, sübutlar yoxdur.