\
28 Sentyabr 2021 - Çərşənbə axşamı

Bakı bələdiyyələrində torpaq və əmlak vergisi üzrə daxilolmalarda 1,9 milyon manat artım olub

Bakı bələdiyyələrində torpaq və əmlak vergisi üzrə daxilolmalarda 1,9 milyon manat artım olub
1279baxış

Bakı şəhərində bələdiyyələr üzrə ümumilikdə uçota götürülən torpaq və əmlak vergisi obyektlərinin sayı 22% çoxalıb.

Bu barədə "Mediapress.az"a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin vergilərdən daxil olmalarda cari ildə 1,9 milyon manata yaxın artım müşahidə olunub. Həmçinin bələdiyyələr üzrə pul tələblərinə dair qəbul edilmiş inzibati aktların icrası təmin edilərək 170 min manata yaxın vəsait yerli büdcələrə ödənilib.