\
23 Oktyabr 2021 - Şənbə

Prezident: "Azərbaycan hökuməti və xalqı Türkiyənin yanındadır"

Prezident: "Azərbaycan hökuməti və xalqı Türkiyənin yanındadır"
2544baxış

"Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır".

Mediapress.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığında bildirib.

"Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - dövlət başçısı vurğulayıb.