\
26 Aprel 2024 - Cümə

Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb
1335baxış

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.

Helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.

Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.

Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.