\
26 Aprel 2024 - Cümə

Bakıda yeniyetmə qızı avtomobil vurdu

Bakıda yeniyetmə qızı avtomobil vurdu
1660baxış

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Hacıxanova Milena Fərid qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.