\
23 Aprel 2024 - Çərşənbə axşamı

Gürcüstanda koronavirus: sutka ərzində yenə onlarla insan ölüb

Gürcüstanda koronavirus: sutka ərzində yenə onlarla insan ölüb
1306baxış

Gürcüstanda ötən sutkada daha 1 698 nəfərdə koronavirus aşkarlanıb, 1 910 nəfər müalicə olunaraq sağalıb. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində 38 ölüm faktı qeydə alınıb.

Qonşu ölkədə indiyədək 603 763 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 572 353-ü sağalıb, 8 749-u dünyasını dəyişib.