\
24 Aprel 2024 - Çərşənbə

Nazir Rəşad Nəbiyev ucqar kəndlərə internet çəkdirmək niyyətindədir

Nazir Rəşad Nəbiyev ucqar kəndlərə internet çəkdirmək niyyətindədir
1357baxış

“Bu gün dünyada 3,6 milyard insan internetə çıxışı olmadığı kimi Azərbaycan da bundan xali deyil. Bu gün Azərbaycanda da kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilədək fiberin evə kimi çatdırılması məsələsidir". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Bakıda keçirilən “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində biz artıq çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, biz 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə həmin inklüzivliyi təmin etmək üçün interneti çatdırmış olacağıq”, - deyə nazir bildirib.