\
25 Aprel 2024 - Cümə axşamı

Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur
1328baxış

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

"Yeni Klinika"dan Mediapress.az-a verilən məlumata görə, E.Əşrəfoğlunun ECMO dəstəyi davam edir: "Vəziyyətində dəyişiklik yoxdur".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.