\
22 Oktyabr 2021 - Cümə

Eldar Həsənovun məhkəməsi təxirə salındı

Eldar Həsənovun məhkəməsi təxirə salındı
1104baxış

Sabiq Baş prokuror Eldar Həsənovun məhkəmə prosesi təxirə salınıb.

 
Mediapress.az-ın məlumatına görə, bu barədə Unikal.org-a onun vəkili Adəm Məmmədov deyib.
Prosesin təxirə salınmasına səbəb Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin koronavirusa yoluxması olub.
 
Qeyd edək ki, E.Həsənov ötən il DTX tərəfindən həbs edilib. Onun məhkəmə prosesi bu gün keçirilməli idi.