\
22 Oktyabr 2021 - Cümə

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib
1110baxış

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bu barədə Mediapress.az-a Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər vəziyyətini sabit qiymətləndirirlər".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.