\
22 Oktyabr 2021 - Cümə

ABŞ şirkəti qeyri-adi kosmik gəzinti təşkil edəcək

ABŞ şirkəti qeyri-adi kosmik gəzinti təşkil edəcək
1106baxış

“ABŞ”ın “World View” şirkəti 50 min dollara qeyri-adi kosmik gəzinti təşkil edəcək.

Meediapress.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ilk uçuşun 2024-cü ildən həyata keçirilməsi nəzərdə tutulub. Gəzinti iştirakçıları hava şarı ilə 100 min fut yüksəkliyə qalxacaq və 12 saat havada qalacaqlar. Hava şarının daşıdığı kapsulda restoran, bar və teleskoplar olacaq.