\
22 Oktyabr 2021 - Cümə

“YAŞAT” Fondu daha 4 qazini müalicə üçün Türkiyəyə göndərib

“YAŞAT” Fondu daha 4 qazini müalicə üçün Türkiyəyə göndərib
1127baxış

Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə Mediapress.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Ələkbərov Seymur Eyvaz oğlu

2. Mikayılov Ruzigar Namiq oğlu

3. Məmmədli Qiyas Rizvan oğlu

4. İbrahimov Samurat Nuru oğlu

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 140 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 96-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.