\
25 Aprel 2024 - Cümə axşamı

Birinci sinif şagirdi koronavirusdan ölməyib - TƏBİB

Birinci sinif şagirdi koronavirusdan ölməyib - TƏBİB
1375baxış

 Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

 
R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb.
 
Təhsil aldığı məktəbin rəhbərliyi isə buna rəsmi münasibət bildirməyib.
 
Mediapress.az xəbər verir ki, TƏBİB-dən Musavat.com-a şagirdin koronavirusdan vəfat etmədiyi bildirilib.
 
“K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.