\
27 Aprel 2024 - Şənbə

Uşaq bağçasında yanğın

Uşaq bağçasında yanğın
1350baxış

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.

 
Mediapress.az-ın məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.
Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.
 
Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.