\
26 Aprel 2024 - Cümə

Baş Prokurorluq iki uşağın göbələkdən zəhərlənərək vəfat etməsi faktını araşdırır

Baş Prokurorluq iki uşağın göbələkdən zəhərlənərək vəfat etməsi faktını araşdırır
1387baxış

Baş Prokurorluq iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.