\
26 Aprel 2024 - Cümə

Pakistanda partlayış olub, iki nəfər ölüb

Pakistanda partlayış olub, iki nəfər ölüb
1387baxış

Pakistanın Lahor şəhərində yerləşən fabriklərin birində partlayış baş verib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, partlayış nəticəsində yanğın olub.

Hadisə nəticəsində fabrikin işçisi və yaxınlıqdan keçən daha bir nəfər ölüb.

Partlayışın səbəbi hələlik məlum deyil.