\
29 Mart 2024 - Cümə

Bakıda avtomobil qadını vuraraq xəsarət yetirib

Bakıda avtomobil qadını vuraraq xəsarət yetirib
1351baxış

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mediapress.az"ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədli Vəfa Xanlar qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.