\
9 Dekabr 2021 - Cümə axşamı

İlin sonuncu Ay tutulması başladı

İlin sonuncu Ay tutulması başladı
1154baxış

lin sonuncu Ay tutulması başlayıb.

 
Təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək.
Bu cür tutulmaya isə qismən Ay tutulması deyilir.
 
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayıb saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.
 
Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.