\
20 Aprel 2024 - Şənbə

Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla ailə qurub - Foto

Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla ailə qurub - Foto
1380baxış

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub.

DOST-dan Mediapress.az-a bildirilib ki, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub. 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində də vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr də təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zərurui ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.