\
28 Mart 2024 - Cümə axşamı

Əvəz Həsənov dəfn edilidi - Foto

Əvəz Həsənov dəfn edilidi - Foto
1370baxış

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Biləcəri qəbiristanlığında dəfn olunub.

Qht.az saytı xəbər verir ki, mərhumun 7-ci mikrorayonda yerləşən evinin önündəki cənazə namazında və qəbiristanlıqdakı dəfn mərasimində mərhumun doğmaları ilə yanaşı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, deputat Azay Quliyev, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Mehriban Zeynalova, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hafiz Həsənov, Mirəli Hüseynov, Zaur İbrahimov və başqaları iştirak ediblər.

 

Qeyd edək ki, 50 yaşlı Ə.Həsənov noyabrın 26-da ürəktutmadan vəfat edib.