\
25 Aprel 2024 - Cümə axşamı

Şəhidlərlə vida mərasimi keçirilir

Şəhidlərlə vida mərasimi keçirilir
1594baxış

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

Mediapress.az -ın xəbərinə görə, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

***

10:09

 

Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək.

 
Mediapress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 12-də Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində şəhidlərlə vida mərasimi olacaq.
 
Yaxınlarının verdiyi məlumata görə, sonra hərbçilər İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Şəhidlərlə vida mərasimi keçirilir -  YENİLƏNİB - CANLI