\
18 Aprel 2024 - Cümə axşamı

Qəzada sağ qalan hərbçi: “Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı” - Video

Qəzada sağ qalan hərbçi: “Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı” - Video
1802baxış
“Enişi yerinə yetirilmə mərhələsində helikopter qəzası baş verdi. Nasazlıq hiss olunmadı. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Heç bir şübhəli məqam yox idi”.
Mediapress.az xəbər verir ki, bunu “REAL TV”yə “Qaraheybət” aviasiya poliqo­nunda helikopterin qəzaya uğraması zamanı sağ qalanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bildirib.

Helikopterdə olan həbçilərin sayına gəlincə Emil Cəfərov deyib ki, bununla bağlı məhdudiyyət yox idi: “Helikopterdə desant daşıma sayı 24 nəfərdir. Yəni daşıma sayı ilə bağlı məhdudiyyət aşılmamışdır. Mən sərnişin kabinəsinə yaxın, giriş qapısına yaxın oturmuşdum. Helikopterin hamısı təzədir, hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi. Küləklə heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi”.

Digər yaralı Kapitan Ramil Ədilov isə bildirib ki, hadisə helikopterin enişə gələn zamanı baş verib: “Birdən-birə idarəetməni itirdik. Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki burdayam. Heç bir kənar müdaxilə olmayıb. Hər şey qaydasında idi. Partlayış səsi də olmayıb. Allah rəhmət etsin pilotumuz peşəkər idi. Ekipaj kabinasında əyləşdişdim. Külək də elə çox deyildi”.