\
24 Aprel 2024 - Çərşənbə

Söz vermişdim ki, Şuşada namaz qılacam - Əziz Səncər

Söz vermişdim ki, Şuşada namaz qılacam - Əziz Səncər
1354baxış

Qarabağ zəfəri Türkiyənin Qurutuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir. Təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir.

 
Mediapress.az xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.
O bildirib ki, Qarabağ müharibəsini 44 gün müddətində yaxından izləyib:
 
"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, tarixi səbəbilə bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq. Mən söz vermişdim ki, Şuşaya gedib namaz qılacam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim”.