\
25 Aprel 2024 - Cümə axşamı

Fransada qaydalar sərtləşdirlir

Fransada qaydalar sərtləşdirlir
1334baxış
Avropa ölkələri COVİD-19-a yoluxmaların artması ilə əlaqədar məhdudiyyətləri sərtləşdirməkdə davam edir.
 

Fransada yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.
 
 
Bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib. Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub. Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.