\
22 Yanvar 2022 - Şənbə

20 yaşlı oğlan özünü metroda yandırmaq istədi

20 yaşlı oğlan özünü metroda yandırmaq istədi
1136baxış

Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib.

 
Mediapress.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib.
2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.