\
22 Yanvar 2022 - Şənbə

Xəzərdə skeleti tapılan şəxsin kimliyi məlum olub

Xəzərdə skeleti tapılan şəxsin kimliyi məlum olub
1134baxış

Bir neçə gün əvvəl Xəzər dənizinin dərinliyindən tapılan insan skeletinin 6 il əvvəl “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşən neftçilərdən birinə aid olduğu məlum olub.

Ekspertiza zamanı skeleti tapılan şəxsin 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov olduğu müəyyənləşib.Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.