\
21 Yanvar 2022 - Cümə

İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib - 12 prezidentlə görüşdü

İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib - 12 prezidentlə görüşdü
1105baxış

Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb.

Mediapress.az xəbər verir ki, bunu rəsmi dövlət qəzeti "Azərbaycan" yazıb. 

Azərbaycan lideri Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib.

Dövlət başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Avropa İttifaqı, NATO) 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb.

Bu səfərlər və görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.