\
22 May 2022 - Bazar günü

DİN: Cinayətlərin sayı azalıb

DİN: Cinayətlərin sayı azalıb
1180baxış

Ötən il keçmiş illərdən bağlı qalmış 332 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyində (DİN) ötən ilin yekunları ilə bağlı kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, müqayisə edilən dövrə nisbətən 2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3, o cümlədən qəsdən adam öldürmələr 13, adam öldürməyə cəhdlər 16,7, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, onlardan mənzillərdən edilənlər 14, soyğunçuluqlar 26 faiz azalıb